mobil versiya

Yüksək bal toplayanların 52-si region məktəblərinin məzunlarıdır - Məleykə Abbaszadə


Bu il yüksək bal toplayan tələbələr, demək olar ki, respublikanın bütün şəhər və rayonlarını təmsil edirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Heydər Əliyeb və Prezident Təqaüdçüləri: Gələcəyə Ünvanlanan Strategiya” adlı tədbirdə çıxışı zamanı deyib.
“Onlar arasında 52 nəfər regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən, 14 nəfər kənd məktəbinin məzunlarıdır. Təəssüflənirəm ki, “zaman maşını” ilə 20 il daha qabağa getmək və bu uşaqların gələcək karyeralarını, həyat yolunu indidən görmək mümkün deyil, amma inanıram ki, ali təhsillərinə start nöqtəsi olaraq Prezident təqaüdçüsü kimi başlamaq – bu özü uğurlu gələcəyin xəbərçisidir və onlar öz məqsədlərinə doğru inamla addımlaya biləcəklər”, - deyə o əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planı”na uyğun olaraq oktyabrın 20-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Prezident təqaüdçüləri: gələcəyə ünvanlanan strategiya” adlı tədbir keçirilir.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, elm və təhsil naziri Emin Əmrullayev, müxtəlif dövlət orqanlarının nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri, 2001 və 2002-ci illərdə ilk dəfə Prezident təqaüdünə layiq görülən və ümummilli lider Heydər Əliyevlə görüşən şəxslər, hazırda Prezident təqüadü alan yuxarı kurs tələbələri, həmçinin, 2023-cü il qəbul imtahanlarının nəticələrinə görə ən yüksək bal toplayan tələbələr iştirak edir.(trend)


KARUSEL / CƏMİYYƏT
Tarix: 20-10-2023, 11:33