mobil versiya

Hizbullah ikinci cəbhəni açarsa, İsrail İrana zərbələr endirəcək



“Hizbullah” ikinci cəbhəni açmaq qərarına gəlsə, İsrail İrana zərbələr endirəcək. İqtisadiyyat naziri Nir Barkat bunu bazar günü İngiltərənin Daily Mail nəşri tərəfindən yayımlanan bir reportajda söylədi.
Barkat, İsrailin bu vəziyyətdə “ilanın başına” zərbə vuracağını və “İran ayətullahlarını yer üzündən siləcəyini” söylədi.
“İran bütün cəbhələrdə İsrailə hücum etməyi planlaşdırır. Əgər onlar bunu həyata keçirsələr, biz təkcə bu cəbhələrdə deyil, ilanın, yəni İranın başına da cavab verəcəyik”, – deyə İsrail naziri bildirib. “İrandakı ayətullahlar rahat yatmayacaqlar-Allah qorusun, şimal cəbhəsini açsalar, bunun üçün ağır bir qiymət ödəyəcəyik. “Hizbullah və HƏMAS böyük bir qiymət ödəyəcəklər, amma bu kifayət deyil” dedi Qüdsün keçmiş meri Nir Barkat. – Bu nə vaxt baş verəcək? Qərar verdiyimiz zaman.”
Sözlər Qərb əleyhinə ox dövlətləri arasında planlaşdırılan koordinasiya fonunda səsləndi: Rusiya xarici işlər naziri Sergey Lavrov sabah rəsmi səfərdə olduğu Pxenyandan Tehrana uçmaq niyyətindədir.
İsrailin şimal sərhədindəki “temperatur” yavaş — yavaş, lakin inamla yüksəlir-atışmalar getdikcə daha da intensivləşir, hər iki tərəfdən daha çox ölü və yaralı var və Livan mediası Livan ərazisinin atəş məsafəsinin artdığını iddia edir.(Turan)


KARUSEL / DÜNYA
Tarix: 23-10-2023, 08:58