mobil versiya

Almaniyalı bəstəkar və pianoçu Bakıda konsert verəcək


Tanınmış alman bəstəkarı və pianoçusu Florian Kristl oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcək.
Florian Kristl özünün Avropa, İngiltərə və Cənubi Qafqaza böyük payız turu çərçivəsində üç albomdan - “Inspiration” (2018), “Episodes” (2020) və əks-səda salmış “About Time”dan (2022) ibarət kompozisiyanı təqdim edəcək. İfaçı konsert proqramına 2024-cü ilin aprelində hazırlanması nəzərdə tutulan albomundan yeni kompozisiyalar daxil edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 24-10-2023, 13:27