"Yaxın Şərqdə sülhün açarı iki müstəqil dövlətin yaradılmasıdır" - Putin
“Yaxın Şərqdə uzunmüddətli sülhün açarı iki müstəqil və suveren dövlət olan Fələstin və İsrailin qurulmasıdır".
"AzPolitika.info" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ötən gün Rusiyada yaşayan müsəlman, xristian və yəhudilərin dini liderləri ilə görüşü zamanı deyib.
“Yaxın Şərqdə və dünyanın digər yerlərində baş verən hadisələrdən danışmaq istərdim. Xristianlar, müsəlmanlar və yəhudilər üçün müqəddəs hesab olunan torpaqlarda baş verən faciəvi vəziyyəti hamımız böyük narahatlıqla izləyirik. Rusiya Fələstin dövlətinin qurulması üçün illərdir eyni mövqedə dayanır. Fələstin-İsrail münaqişəsi nəticəsində artıq minlərlə insan həlak olub. Bizə aydındır ki, başqalarının törətdiyi cinayətlərə görə günahsız insanlar məsuliyyət daşımamalıdır. Qocaların, qadınların, uşaqların, bütöv ailələrin qətlə yetirildiyi, yüz minlərlə insanın sığınacaqdan, yeməkdən, sudan, işıqdan, tibbi yardımdan məhrum edildiyi bir prinsip ilə terrorizmlə mübarizə aparıla bilməz. Bu, tam humanitar fəlakətdir",-deyə o, bildirib.
Putin Yaxın Şərqdəki vəziyyətlə bağlı Qərbi günahlandırıb:“Şiələr sünnilərlə, pravoslav xristianlar katoliklərlə üz-üzədir. Avropada müsəlmanların ibadət ocaqlarına qarşı törədilən vandalizmə göz yumulur. Bu, dünyada qeyri-sabitliyin artması, mədəniyyətlərin, xalqların, dünya dinlərinin parçalanması, sivilizasiyaların toqquşmasına səbəb olur. Böl və idarə et prinsipi ilə hərəkət edirlər. Qərb çoxqütblü dünya nizamının formalaşması arzusundadır. Onlar müstəqil, suveren ölkələrin inkişafına mane olmaq və dünyanı parçalamaq üçün islamafobiya, antisemitizm və rusofobiya da daxil olmaqla eyni vasitələrdən istifadə edirlər".
KARUSEL / DÜNYA
Tarix: 26-10-2023, 10:49