mobil versiya

Çinin keçmiş baş naziri vəfat edib



Çin sabiq Baş naziri Li Keçyan 68 yaşında Şanxayda ürəktutmasından vəfat edib.
Bu barədə Çinin rəsmi mətbuatı xəbər yayıb. Bildirilir ki, Şanxayda istirahətdə olan Li Keçyanın səhhəti oktyabrın 26-da qəfildən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Li Keçyan Çin Kommunist Partiyasının 17-ci, 18-ci və 19-cu Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü olub. O, 2013-cü ilin martından 2023-cü martınadək Çinin Baş naziri vəzifəsini tutub.


KARUSEL / DÜNYA
Tarix: 27-10-2023, 09:09