mobil versiya

“Çin və Azərbaycanın müqəddəs dağları” seminarı təşkil edilib



Azərbaycan Dillər Universitetində “Çin və Azərbaycanın müqəddəs dağları” adlı elmi-tələbə seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov buddizm və daosizmdə ehtiramla qəbul edilən Çinin müqəddəs dağlarının çinlilər üçün mədəni və ritual əhəmiyyətindən danışıb. Qədim beş müqəddəs dağ sistemi, qədim əfsanəyə görə, yer üzündə ilk insan olan Pan-qunun əllərindən, ayaqlarından və başlarından yaranmışdır. Yerlə Cənnəti birləşdirən bu dağlar dördbucaqlı fiqur şəklində kainatın diaqramını simvolizə edirdi.
Məşhur imperator Sin Şi Xuandi hakimiyyəti dövründən başlayaraq Döyüşən Dövlətlər dövründən tanınan müqəddəs dağlar, sonuncu Qin sülaləsinə qədər bütün sonrakı hökmdarlar üçün qurbanlıq və ritual ibadət yerlərinə çevrildi.
ADU-nun Çinşünas tələbələri müqəddəs Daoist və Buddist dağlarının tarixi, mədəni və dini əhəmiyyətini qeyd edərək, tanrısı insanların taleyinə nəzarət edən Tayşan dağının tarixi, mədəni və dini əhəmiyyətindən, Böyük Çin Səddi yaxınlığında yerləşən Henşan dağı, Taoist ziyarətgahı olan Huaşan dağı, Çindəki ən qədim paqodası və məşhur Şaolin Buddist monastırı ilə məşhur olan Sunşan dağı, çoxlu müqəddəs məbədləri və monastırları ilə seçilən Buddist dağları Utayşan, Jiuhuaşan və Putuoşan haqqında danışıblar.
Tələbələr həmçinin Xıdır Zində ziyafəti və orta əsrlərə aid qala xarabalıqları üzərində yerləşən müqəddəs Beşbarmaq dağı, “Kümbəz” ziyarətgahı ilə iki yerə parçalanan Haçaqaya dağ qayası, müqəddəs yerlər və İpək Yolunun keçid məntəqəsi üzərində yerləşən qədim Xızının rəngarəng dağları, “Həzrət Baba” ziyarətgahı ilə Babadağ dağı, Naxçıvandakı müqəddəs "Əshabi-Kəhfmağaraları, Zərdüştilik tərəfdarlarının ibadət obyekti olan Yanardağ dağı yanar odlar haqqında danışıblar.

KARUSEL / CƏMİYYƏT
Tarix: 27-10-2023, 11:42