ABŞ-dan Ukrayna və İsrail üçün bəd xəbər – Yeni spiker Baydenin tələb etdiyi 106 milyardı ayırmayacağını deyib
ABŞ Konqressinin Nümayəndələr Palatasının yeni seçilmiş spikeri Mayk Conson Ukrayna və İsrailə dəstək üçün maliyyə ayrılması məsələsinin ayrıca həll edilməli olduğunu deyib. O, Prezident Co Baydenin hər iki ölkə üçün təklif etdiyi 106 milyard dollarlıq yardım paketini dəstəkləməyəcəyini bəyan edib.
"AzPolitika.info" xəbər verir ki, bunu Mayk Conson “Fox News” telekanalında açıqlamasında deyib. Conson ümumilikdə Ukraynanın maliyyələşdirilməsi ilə bağlı narahatlığını ifadə edib. Spiker qeyd edib ki, İsrail üçün istənilən vəsaiti başqa sahələrdə ixtisarlar aparmaq hesabına tapmalı olacaq.
O, cümə axşamı Baydenlə görüşündən sonra Ağ Ev təmsilçilərinə deyib: "Bizim Nümayəndələr Palatasındakı respublikaçılar arasında konsensusumuz budur ki, bu məsələləri ayırmalıyıq".
Bayden Konqresdən 106 milyard dollar əlavə maliyyə ayırmasını istəyir, pulun böyük hissəsi Ukraynanın müdafiəsini gücləndirməyə, qalanı isə İsrail, Hind-Sakit Okean və Sərhəd Patrulu arasında bölüşdürüləcək.
Conson Ukraynanın maliyyələşdirilməsi barədə deyib: “Biz Ukraynada son məqsədin nə olduğunu bilmək istəyirik. Ağ Ev bunu təmin etməyib”.
KARUSEL / DÜNYA

Tarix: 27-10-2023, 13:01