mobil versiya

ABŞ-ın İsrailə və Ukraynaya ayıracağı yardımının məbləği məlum olub



ABŞ lideri Co Bayden Konqresdən Ukrayna üçün 60 milyard, İsrail üçün isə 14 milyard dollar tələb edəcək.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Baydenin planından xəbərdar olan mənbəyə görə, o, bundan əlavə, humanitar yardımlar üçün 10 milyard dollar, sərhəd təhlükəsizliyi üçün 14 milyard dollar və Hind-Sakit okean regionu üçün 7 milyard dollar istəyəcək.
Mənbə bildirib ki, Baydenin Ukrayna üçün istədiyi 60 milyard dolların təxminən yarısı ABŞ-ın silah anbarlarının modernləşdirilməsi və dəyişdirilməsi üçün istifadə olunacaq.
Baydenin cümə günü saat 03:00-da Ağ Evdəki çıxışında bu barədə açıqlama verməsi gözlənilir.

KARUSEL / DÜNYA
Tarix: 20-10-2023, 12:02