mobil versiya

Macarıstan İrəvanda konsulluq açmaq istəyir


Macarıstan Ermənistanın paytaxtı İrəvanda konsulluq açmaq istəyir.
Bu təklifi Macarıstan xarici işlər naziri Peter Siyarto oktyabrın 27-də İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə səsləndirib.
P.Siyarto Ermənistana humanitar yardımlar, bu ölkə ilə diplomatik münasibətləri tam bərpa etməyə hazır olduqlarını da vurğulayıb.
Qeyd edək ki, 2012-ci ildə Budapeştlə İrəvan arasında diplomatik əlaqə kəsilib. Buna səbəb Macarıstanın Ermənistan hərbçisi Qurgen Markaryanı öldürməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsidir.(report)


KARUSEL / DÜNYA
Tarix: 27-10-2023, 14:11