mobil versiya

Türk dövlətləri arasında ticarət dövriyyəsi ildə 42 milyard dollara yüksəlib



Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ixrac-idxal əməliyyatlarının həcmi ildə 42 milyard dollara çatıb.
Bunu TDT-nin Astanada keçirilən Zirvə görüşündə təşkilatın baş katibi Kubanıçbek Omurəliyev deyib.
“Digər əsas məqam iqtisadi inteqrasiyanın gücləndirilməsidir, bu gün bizim birgə ticarətimiz 42 milyard dollara çatıb”, - deyə baş katib bildirib. Onun sözlərinə görə, əldə edilən nailiyyətlər təşkilata üzv ölkələrin rəhbərləri tərəfindən irəli sürülən təşəbbüslərin uğurla həyata keçirilməsi ilə bağlıdır.
Kubanıçbek Omurəliyev qeyd edib ki, TDT 2021-ci ildə 47, 2022-ci ildə 62 tədbir keçirib. Bu ilin 11 ayı ərzində isə siyasət, ticarət, iqtisadiyyat, nəqliyyat, gömrük əməkdaşlığı, təhlükəsizlik, təhsil sahələrində keçirilən tədbirlərin sayı 110-na çatıb.
 

KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-11-2023, 14:08