mobil versiya

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin olunub



Nəsirov Səfəralı Üzeyir oğlu Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclasında bu öz təsdiqi tapıb.
Nəsirov Səfəralı Üzeyir oğlunun Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təsdiq edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi səsə qoyulub və o, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.

KARUSEL / ÖLKƏ
Tarix: 7-11-2023, 18:03