mobil versiya

Ermənistan Hindistandan PUA əleyhinə sistem alacaq



Ermənistan Hindistandan pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün sistem alacaq.
Bu barədə “Eurasian Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Ermənistan Hindistandan yerli istehsal olan “Zen” PUA əleyhinə sistemin alınması ilə bağlı dəyəri 41,5 milyon dollar olan müqavilə imzalayıb.
Müqaviləyə sistemin alınması və hərbi kadrların hazırlanması üçün vəsait daxildir.
Qeyd olunub ki, haqqında sözügedən sistem PUA-ları aşkarlayır, onların növünü müəyyən edir, kəşfiyyatı həyata keçirir və aparatların rabitə sistemini pozaraq təhlükəni aradan qaldırır.
Xatırladaq ki, 2022-ci ildə Hindistan Ermənistanla “Pinaka” raket sistemi, tank əleyhinə və digər döyüş sursatlarının tədarükünə dair 250 milyon dollarlıq müqavilə imzalayıb.(apa)
KARUSEL / DÜNYA
Tarix: 8-11-2023, 16:15