Laçında kinoteatr binasının açılışı olub

Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəliyi, Bakı abadlıq xidməti MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları və hərbiçilər iştirak edib.
Açılışı olan kinoteatr binasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər kinoteatr binası haqqında danışıblar.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 9-11-2023, 14:43