mobil versiya

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb



Öncədən məlumat verildiyi kimi, bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda - Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi "20 Yanvar" dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
"Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər", - deyə açıqlamada qeyd olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-11-2023, 15:56