mobil versiya

Ucuz qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında vətəndaşları aldadan şəxs saxlanılıb



Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin çoxsaylı vətəndaşları ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb. 
Keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədilib və o, saxlanılaraq istintaqa təqdim edilib.
E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdırıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. E.Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müaciət edə bilərlər.

KARUSEL / HADİSƏ
Tarix: 23-11-2023, 11:15