Yaxın günlərdə Qərbi Azərbaycandan qovulanlarla bağlı tədqiqatlara başlayacağıq - Fərid Şəfiyev
Ermənistanla münasibətlər elmi, hüquqi müstəvidə davam etdiriləcək.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, hazırda Beynəlxalq Ədalət məhkəməsində çəkişmələr gedir:
"Bir müddət əvvəl qərar qəbul edilib. Bu qərar əksər erməni iddialarını rədd edir. Orada iki yüksək maddə ilə bağlı qərar var. Amma Azərbaycan onsuz da əvvəlcədən öz öhdəliyini qəbul edib. Ermənilərin öz yerlərinə qayıtması, onlar üçün lazımi şəraitin yaradılması öhdəliyinə sadiqdir. Təbii ki, bizim də iddialarımız var. Bu münaqişə bizim ərazimizdə baş verib, bizim evlərimiz darmadağın edilib. Bəlkə, sülh sazişindən sonra münasibətlər normallaşa bilər".
Fərid Şəfiyev qeyd edib ki, Ermənistan bu müharibəni hazırda digər formada davam etdirməyə çalışır.
"İndi informasiya müharibəsində bir sıra tezizlər irəli sürürlər. Bunlardan biri guya etnik təmizləmə aparılmasıdır. Təbii ki, bunların hamısı uydurmadır. Biz buna qarşı müvafiq tədbirlər görməliyik. Əslində isə etnik təmizləməyə 1988-ci ildə Qərbi Azərbaycandan qovulan azərbaycanlılar məruz qalıb. Amma Ermənistan iddia edir ki, onlar özləri gedib, heç bir qovulma olmayıb. Bu istiqamətdə elmi cəhətdən araşdırmalara ehtiyacımız var. Düzdür, müəyyən təbliğat alətlərimiz var. Amma elmi araşdırmalar olmayanda, qərb dairələri bunu qəbul etmir. Yaxın günlərdə biz bu istiqamətdə tədqiqatlara başlayacağıq. Bu işdə bizim əlavə qüvvəyə ehtiyacımız var. Tələbələri cəlb etmək istəyirik".
KARUSEL / SİYASƏT

Tarix: 23-11-2023, 11:57