mobil versiya

Fərid Şəfiyev: “Mediamızda fundamental problemlər mövcuddur”




“Bizim media məkanında fundamental problemlər mövcuddur”.

REPORTYOR.AZ report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

“1988-ci ildə münaqişə başlayanda sovet ideologiyasının jurnalistikamıza təsiri var idi. O vaxt bir çox jurnalistlərin materialları müxtəlif ölkələrdə də dərc olunurdu. Son vaxtlar müəyyən problemlər əmələ gəldi. İndi daha çox iki-üç cümləlik materiallara rast gəlinir”. - o bildirib.

Mərkəz rəhbəri vurğulayıb ki, postmünaqişə ilə bağlı istintaqları çox azdır: “Bu materialların az olmasını hər birimiz görürürük. Təhlil xarakterli materiallar da azdır. 1988-89-cu illərdə Ermənistanda yaşayan azərbaycanlılar qovulmuşdu. Ermənilər isə bizim könüllü çıxdığımızı iddia edirlər. Həmin şəxslərdən müsahibə götürərək bu əsassız iddialara son qoymaq olar”.
SON XƏBƏR / KARUSEL
Tarix: 24-01-2022, 15:12