Türkiyədə Azərbaycan diplomatlarının aldadılması ilə bağlı məlumatlara aydınlıq gətirilib

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, belə bir halın baş verdiyi məlumdur və zərərçəkən şəxslər Türkiyədəki beynəlxalq təşkilatlarda çalışan əməkdaşlar olublar.
"Bir neçə il bundan əvvəl, qeyd edilən diplomatlar çalışdıqları beynəlxalq təşkilatın işinə aidiyyəti olmadan öz şəxsi təşəbbüsləri əsasında maliyyə sərmayəsi etmək qərarına gəliblər və onlar xəbərlərdə səslənən vəsaitin yalnız bir qismi ilə ziyan çəkiblər. Hazırda qeyd edilən şəxslərin iddiası əsasında məsələ Türkiyənin müvafiq hüquq-mühafizə orqanları və məhkəməsi tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır", səfirliyin məlumatında qeyd edilib.(report)
KARUSEL / GÜNDƏM
Tarix: 29-11-2023, 16:26