İqtisadi Şuranın və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası olub
Azərbaycan Respublikasının İqtisadi Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının birgə iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində AİH-nin idarəetməsinə verilmiş Portfel şirkətlərinin 2023-cü ilin 9 ayının yekunları üzrə Fəaliyyət Hesabatı, o cümlədən maliyyə, kommersiya, investisiya və əməliyyat göstəricilərinə dair əsas nəticələr, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Dəmir Yolları” QSC-lərin borc öhdəliklərinin tənzimlənməsinə dair təkliflər, sığorta və rabitə sektoru ilə bağlı cari məsələlər ətraflı müzakirə olunub.
İclasda Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, Maliyyə və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə, Mərkəzi Banka və AİH-nin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 30-11-2023, 12:03