mobil versiya

İsrail ərazisi Livandan minaatanlarla hücuma məruz qalıb


Livan ərazisindən İsrailin Ştula bölgəsindəki mövqelərinə minaatanlarla hücum olub.
Bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, nəticədə 3 İsrail hərbçisi yaralanıb və onlar döyüş bölgəsindən təxliyə edilib. İsrail ordusu adekvat tədbirlər görüb.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında savaş bu il oktyabrın 7-də başlayıb.(report)
KARUSEL / DÜNYA
Tarix: 4-12-2023, 17:37