Hindistan Ali Məhkəməsi Cammu və Kəşmirin xüsusi statusunun ləğvini dəstəkləyib
Hindistan Ali Məhkəməsi Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsi haqqında qanunu dəstəkləyib.
TASS xəbər verir ki, bu barədə Hindistan Ali Məhkəməsinin sədri Yeşvant Çandraçud bildirib.
Məlumata görə, Hindistan parlamenti 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunun ləğvinin lehinə səs verməsi nəticəsində ölkə konstitusiyasına uyğun əlavə edib.
Onun sözlərinə görə, Cammu və Kəşmirin ölkənin digər ştatlarının istifadə etdiyi səlahiyyət və hüquqlardan fərqli heç bir daxili suverenliyi yoxdur: “370-ci maddə dövlət suverenliyinin deyil, asimmetrik federalizm sisteminin bir hissəsi idi”.
Qeyd edək ki, 2019-cu ildə bölgənin muxtariyyət statusunun ləğvi Hindistanla Pakistanın münasibətlərinin pisləşməsinə səbəb olub.(report)
KARUSEL / DÜNYA
Tarix: 11-12-2023, 11:54