mobil versiya

Bakıda iki günlük Qida və Kənd Təsərrüfatı Forumu keçiriləcək


Azərbaycan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə dekabrın 13-14-də Bakıda Qida və Kənd Təsərrüfatı Forumu keçiriləcək.
Forumda Türkiyədən 50-ə yaxın iş adamının iştirakı gözlənilir. Məqsəd təcrübə mübadiləsinin aparılması ilə yanaşı, hər iki ölkənin investisiya imkanlarının artırılmasıdır.
Qeyd edək ki, 81 ölkədə fəaliyyət göstərən MÜSİAD-ın 164 məntəqəyə malikdir. Bu il 33 yaşını qeyd edən qurumun ümumilikdə 12 mindən çox üzvü vardır.
Qida və Kənd Təsərrüfatı Forumunun rəsmi media tərəfdaşı isə Turkic.World (“Türk Dünyası”) media platformasıdır. 2021-ci ildən fəaliyyət göstərən media platforması Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilən 25-ci Beynəlxalq Biznes Forumuna, həmçinin “Teknofest 2022” festivalına rəsmi tərəfdaşlıq edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-12-2023, 16:16