Bakıda bağçanın yerləşdiyi binada yanğın - 41 uşaq təxliyə edilib
Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.(trend)
KARUSEL / HADİSƏ
Tarix: 12-12-2023, 15:31