“Zalujnı istefaya göndərilməyəcək” - Ukrayna Müdafiə naziri
Dekabrın 12-də Ukraynanın Müdafiə naziri Rustem Umerov jurnalistlərin sualına cavab olaraq bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Valeri Zalujnını istefaya göndərmək və başqası ilə əvəzləmək planlaşdırılmır.
Umerov bunu Latviyanın Müdafiə naziri ilə keçirdiyi birgə brifinqdə söyləyib: “Hərbi rəhbərlikdə həmişə keçici hadisələr olur, lakin hazırda belə bir məsələ gündəlikdə deyil. Mən bilirəm ki, həm xaricdə, həm də daxildə bu məsələni dövriyyəyə buraxırlar. Bu gün biz Baş Komandanla bir yerdə olduq və Quru Qoşunlarının komandanını təbrik etdik. Mən həmişə Valeri Fyodoroviçlə (Zalujnı-red.) bu məsələdə zarafatlaşıram və soruşuram: “Bu dəfə səni kim işdən çıxarır?”
Umerov onu da qeyd edib ki, o, hərbi komandanlıqda dəyişikliklərlə bağlı suallara həmişə açıqdır və hər hansı bir dəyişiklik planlaşdırılırsa, bu barədə məlumat verəcək.(“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 13-12-2023, 12:41