mobil versiya

"Ukrayna üçün əlçatan variantlar var...” - Lloyd Ostin


ABŞ Müdafiə naziri Lloyd Ostin uzun fasilədən sonra Ukraynanın davam edən əks-hücum əməliyyatlarından danışıb. 
“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, ABŞ Müdafiə naziri Ukraynanın uğurlu əks-hücum üçün bir sıra variantlarının qaldığını və bunun üçün zəruri hərbi gücünün olduğunu bildirib: “Ukrayna hətta bilərəkdən mina sahələrini və digər maneələri keçərkən belə öz canlı qüvvəsini və texnikasını saxlamağa nail olur. Onların(Ukraynanın-red.) hələ də bir neçə əlçatan variantı var və biz gözləyirik ki, onlar təzyiqi davam etdirəcəklər. Ukrayna uğur qazanmaq üçün yaxşı hazırlaşdırılıb və təlim keçib. Ukraynanın hələ də böyük hərbi gücü var”.


KARUSEL / DÜNYA
Tarix: 27-07-2023, 13:45