“İşin böyük hissəsi görülüb...” – MİRZOYAN
“Qoşunların sərhəddən çəkilməsi müzakirə olunub”
Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən qoşunların geri çəkilməsi məsələsi müzakirə olunub.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib.
Mirzoyan hesab edir ki, qoşunların sərhəd ərazilərdən qarşılıqlı şəkildə geri çəkilməsi sülh prosesinə müsbət təsir göstərəcək: “Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən qoşunların çəkilməsi məsələsi müzakirə olunub. İnanırıq ki, qoşunların çıxarılması müsbət nəticə verəcək və gərginliyin daha da artmasının qarşısını almağa kömək edəcək. Mən deyə bilmərəm ki, yekun razılaşmamız var, bu, müzakirə olunan ideyadır, müzakirə olunan başqa ideyalar da var, amma ümid edirəm ki, bu cür qarşılıqlı addımlar münasibətlərin tənzimlənməsinə müsbət təsir göstərəcək”.
Mirzoyan qeyd edib ki, əsas proses sülh müqaviləsi üzrə danışıqlardır: "Düşünürəm ki, Azərbaycan danışıqlar masası arxasına, görüşlər prosesinə qayıtmalıdır. Əslində, işin çox hissəsi görülüb, biz görüşüb sülh sazişinin yekun redaksiyası üzərində razılaşmalıyıq".
KARUSEL / SİYASƏT
Tarix: 13-12-2023, 16:54