mobil versiya

YAP-ın İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir



Növbədənkənar prezident seçkiləri ilə əlaqədar dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
İclasda YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.
İclasda çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2023-cü ilin Azərbaycan xalqının taleyinə uğurlu il kimi düşdüyünü deyib. O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlərə imza atıb.

KARUSEL / SİYASƏT
Tarix: 15-12-2023, 10:27