mobil versiya

ADA Universitetində "Beynəlxalq Ərəb Dili Günü" keçirilib



Dekabrın 18-də ADA Universitetində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin və Ərəbşünaslıq Mərkəzinin dəstəyi ilə "Beynəlxalq Ərəb Dili Günü" keçirilib.
Tədbirdə əvvəlcə müqəddəs Qurani-Kərim tilafəti oxunub. Daha sonra Azərbaycan və Səudiyyə Ərəbistanının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, bu ildən etibarən universitetdə ərəb dilində dərslərə başlanılıb. Həm tələbələrə, həm diplomatlar üçün bu dərslər keçirilir:
"Ərəb ölkələri və Azərbaycan arasında əlaqələr getdikcə genişlənir. Buna görə də bu sahəyə diqqət göstəririk. Biz burada təkcə ərəb dilində dərslər yox, ərəb mədəniyyətinə də önəm veririk", - deyə Prorektor İsmayılzadə çıxışına əlavə edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Fatma Yıldırım və Ceyhun Məmmədov tədbir iştirakçılarının diqqətinə çatdırıblar ki, ərəb dövlətləri ilə əlaqələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə bu siyasəti Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Bugün Azərbaycan ərəb ölkələri ilə əməkdaşlığı bir çox sahədə aparır. İslam Əməkdaşlıq Təşkilatına üzvlük buna örnəkdir. Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin inkişafında Prezident İlham Əliyevin şəxsi münasibətləri də təsir göstərir.
Qeyd edilib ki, bir çox ərəb şirkətləri Azərbaycana investisiya qoyur. Bu da dostluğumuza bir təkandır. Ərəb dünyası ilə münasibətlərin gücləndirilməsi respublikamızda ərəb dilinə marağı daha da artırır.

Tədbirdə Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli çıxışı ilə davam edib. O, ərəb dilinin əhəmiyyətindən bəhs edib. Səfir qeyd edib ki, bu dil İslamın dilidir, bu dil dünyada geniş yayılmış dildir və dünyada bir milyarda qədər insan bu dildə danışır. Dil mədəniyyətlər arasında körpüdür.
Bizim ölkələrimiz arasında mədəniyyət sahəsində dərin bağlar var və bu bağların, əməkdaşlığımızın daha da güclənəcəyini gözləyirik".
Daha sonra Ərəbşünaslıq Mərkəzinin hazırladığı videoçarx nümayiş olunub və tədbir tələbələrin çıxışı ilə baş tutan bədii hissə ilə davam edib.(trend)

KARUSEL / CƏMİYYƏT
Tarix: 18-12-2023, 14:25