2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.
Ümumilikdə ötən dövrdə 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub.
KARUSEL / SOSİAL
Tarix: 19-12-2023, 15:27