“BİR NEÇƏ SAAT ÖNCƏ ÖZ ATASINI ÖLDÜRÜB” – Praqada terror törədən şəxs serial qatil imiş
Xəbər verdiymiz kimi, ötən gün Çexiyanın paytaxtı Praqa şəhərində dəhşətli terror aktı törədilib.
Belə ki, 24 yaşlı David Kozak adlı şəxs Praqada təhsil adlığı Çarlz universitetinə silahlı hücum edərək 15 nəfəri öldürüb, 25 nəfəri isə yaralayıb. Kozak teraktın ardından intihar edib.
“AzPolitika.info” xarici KİV-ə istinadla həmin qətliama dair bir sıra maraqlı məqamları təqdim edir:
“Aparılan araşdırmaların ardından məlum olub ki, David Kozak sözügedən hücumdan bir neçə saat əvvəl Praqa yaxınlığındakı kənddə yaşayan öz atasını öldürüb. Bundan əlavə, ötən həftə paytaxt yaxınlığındakı meşədə baş verən qətl hadisəsinin də Kozakla əlaqəli olduğu düşünülür. Qeyd olunur ki, ötən həftə baş verən hadisədə 32 yaşlı ata və 2 yaşlı qızı naməlum şəxs tərəfindən öldürülüblər.
Məlumata görə, polislər Kozakın “Telegram” mesajlaşma platformasında rus dilində gündəlik qeydlər apardığını ortaya çıxarıb. Yerli mətbuatın yazdığına görə, Kozak qeydlərinin birində “Bir gün məktəbə silahla basqın etmək və yəqin ki, intihar etmək istəyirəm” deyib.
Kozak başqa bir mesajda isə Alina Afanaskinanın ona çox kömək etdiyini bildirib.
Qeyd olunur ki, Kozakın adını çəkdiyi Afanaskina bu ayın əvvəlində Rusiyada məktəbə silahlı hücum edən 14 yaşlı şagird olub.
Kozakın Rusiyadakı hadisədən ilhamlanaraq teraktı həyata keçirdiyi iddia olunur".
KARUSEL / DÜNYA

Tarix: 22-12-2023, 12:38