mobil versiya

İsraildə terror aktı törədilib, ölən və yaralananlar var



Aprelin 7-də İsrailin paytaxtı Təl-Əvivdə terror aktı törədilib.
AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib.
Hazırda hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb olunub. Araşdırma aparılır.

KARUSEL / DÜNYA
Tarix: 7-04-2023, 23:38