mobil versiya

Bakı metrosunda xətlərə bəzədilmiş qatarlar buraxılacaq



“Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, Yeni ilin gəlişi münasibətilə silsilə tədbirlərinə başlayıb. Bayram ovqatlı tədbirlərə “İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində müxtəlif oyuncaqlarla bəzədilmiş şam ağaclarının quraşdırılması ilə başlanılıb.
Bakı metrosundan bildirilib ki, ənənəyə uyğun olaraq, qatarlardan biri bayram ovqatı ilə bəzədilib. Hər gün xətlərdə müxtəlif marşrutlar üzrə hərəkət edən bu qatarın ön hissəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, yan hissələri isə Yeni ilin rəmzləri ilə bəzədilib. Yeni ilin ilk günlərinə qədər bəzədilmiş qatar xətlərdə hərəkət edəcək, yolkalar stansiyalarda olacaq.

Bakı metropoliteni 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər dəfə sərnişinlərinin xüsusi rəğbətlə qarşıladığı tədbirlərin hazırlığını da yekunlaşdırıb. Zəngin proqramlı tədbirlərə “İçərişəhər” stansiyasında retro vaqonların nümayişi, Şaxta baba ilə Qar qızın şən şousu, Bəhram Bağırzadə ilə görüş, 4 stansiyada konsert proqramları daxildir.
Builki bayram tədbirlərinə daha biri də əlavə olunub. “İçərişəhər” stansiyasında Yeni ilə həsr olunmuş sərgi də açılacaq.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 26-12-2023, 17:25