mobil versiya

İlin ən yaxşı klub baş məşqçisi o seçildi



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə klublarda işləyənlər arasında ən yaxşı baş məşqçini müəyyənləşdirib.
Bu ada İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi 52 yaşlı mütəxəssis Xosep Qvardiola layiq görülüb.
O, 281 xalla bütün rəqiblərini qabaqlayıb.
İkinci yerə İspaniyanın "Real" klubundan Karlo Ançelotti (56), üçüncü yerə isə İtaliya çempionu "Napoli"nin sabiq baş məşqçisi Luçano Spaletti qərarlaşıb.
Xosep Qvardiola 2023-cü ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 29-12-2023, 11:15