mobil versiya

Pakistanda Qəzza ilə bağlı Yeni il şənlikləri qadağan edilib



Pakistan Qəzzada fələstinlilərlə həmrəylik məqsədilə Yeni il şənliklərini qadağan edib, hökumət insanları bunun əvəzinə sadəliyə riayət etməyə  çağırıb.
Baş nazir Ənvar-ul-Haq Kakar televiziya ilə xalqa müraciətində Qəzza zolağındakı vəziyyətə görə hökumətin Yeni ilin qeyd olunması ilə bağlı hər cür tədbiri tamamilə qadağan etdiyini  deyib: “Bütün Pakistan xalqı və müsəlman ümməti Qəzzada və İordan çayının qərb sahilində məzlum fələstinlilərin soyqırımı, xüsusilə də günahsız uşaqların qətliamından dərin kədərlənir”.
Pakistanda Yeni il gecəsi adətən atəşfəşanlıq, havadan atəş səsləri və 1 yanvar dövlət tətili ilə qeyd olunur.
Bu arada Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyi Qəzzadakı müharibə ilə əlaqədar Yeni il gecəsi atəşfəşanlığı qadağan edib. Şarja polisi Facebook sosial şəbəkədəki paylaşımında bildirib ki, qadağa “Qəzza zolağındakı qardaşlarımızla həmrəyliyin və humanitar əməkdaşlığın səmimi ifadəsidir”.
KARUSEL / DÜNYA
Tarix: 29-12-2023, 15:13