Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb
Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-01-2024, 13:57