mobil versiya

Altı uşaqda dəqiqləşdirilməmiş kəskin virus hepatiti aşkarlanıb



Mingəçevirdə 6 uşaqda dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Uşaqlar Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.
Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 17-11-2023, 12:38