mobil versiya

Avtomobil sıxlığını azaltmaq məqsədilə işıqforun iş rejimində dəyişiklik edilib



Paytaxtın Rəşid Behbudov və Süleyman Rəhimov küçələrinin, həm də Süleyman Rəhimov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində günün pik saatlarında yaranan avtomobil sıxlığını azaltmaq məqsədilə tədbirlər görülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən qeyd olunan yolayrıcında işıqforun iş rejimində dəyişiklik edilib. Bununla yolda hərəkətin intensivliyi artırılıb və bu məqsədlə tətbiq edilən “yaşıl dalğa” rejiminin sayı da azaldılıb. Ümumilikdə görülən tədbirlər nəticəsində həmin kəsişmələrdə sürücülərin rahat hərəkəti təmin olunub.
 

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-01-2024, 11:21