Mebel sexində partlayışda 16 nəfərin ölməsi barədə məlumatlar əsassızdır

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər tərəfindən 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib:
“Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 16-01-2024, 17:39