Azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə edilməsinin layihələndirilməsi prosesi başa çatıb
Azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə edilməsinin layihələndirilməsi prosesi başa çatıb. Bu gündən etibarən layihələrin sahədə birbaşa icrası nəzərdə tutulub.
Bunu jurnalistlərə açıqlamasında layihə icraçısı, "Promor" MMC-nin direktoru Həsən Bəkirov deyib.
Layihə çərçivəsində azad edilmiş ərazilərdə 7 poliqon və iki ötürücü məntəqənin layihələndirildiyini deyən H.Bəkirov fikirlərinə belə davam edib: " Bu proses vasitəsilə bütün tullantıların idarə olunması, zərərsizləşdirilməsi nəzərdə tutulub. Bütün poliqonların tutumunun 50 min kubmetr olması planlaşdırılıb. Həmçinin mövcud tullantı sularının və bioqazların idarə olunması da diqqətə alınıb. Belə ki, hər ikisi təhlükəsiz formada təbiətə ötürüləcək. Tullantı sularının idarə olunması üçün ümumilikdə hər bir poliqon ərazisində filterizasiya blokları quraşdırılacaq. Həmin bloklar vasitəsilə bütün sular qəbul olunacaq, filtr olunacaq və suvarma məqsədilə əkin sahələrinə ötürüləcək".
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-01-2024, 13:30