mobil versiya

THY martın 15-dən etibarən Avstraliyanın Melburn şəhərinə reyslər təşkil edəcək



“Türk Hava Yolları” (THY) aviaşirkəti martın 15-dən etibarən təyinat nöqtələrinin sayını artıracaq.
İndiyə qədər beş qitədə 129 ölkə və 345 istiqamətə səfər edən THY martın 15-dən etibarən Avstraliyanın Melburn şəhərinə reyslər təşkil edərək altıncı qitəyə uçuşlara başladacaq. Beləliklə, aviaşirkətin hərəkət istiqamətindəki ölkələrin sayı 130-a yüksələcək.
Uçuşlar Sinqapurdan tranzit səfərlərlə həyata keçiriləcək ki, bununla da THY Melburn aeroportuna uçuş edən yeganə Avropa hava yolu şirkəti olacaq.

KARUSEL / DÜNYA
Tarix: 19-01-2024, 15:21