Avropanın ən çox qazanan futbol klubu
"Deloitte" beynəlxalq konsaltinq şirkəti 2022/23 mövsümünün nəticələrinə əsasən ən gəlirli Avropa klublarının reytinqini tərtib edib.
"Real Madrid" futbol klubu 831 milyon avro qazanaraq (keçən mövsümlə müqayisədə) birinci pilləyə yüksəlib, ikinci yerdə İngiltərə Premyer Liqası və Çempionlar Liqasının qalibi "Mançester Siti" (826 milyon) qərarlaşıb. "Şəhərlilər" ötən mövsüm reytinqə başçılıq edirdi. "Pari Sen-Jermen" üçüncü yeri tutub (802 milyon).
Avropanın ən yaxşı 20 klubunun gəlirləri oyun günü və reklam gəlirləri də daxil olmaqla, 14% artaraq 10,5 milyard avroya çatıb.
Ən gəlirli klublar onluğuna həmçinin “Barselona” (800,1 milyon), “Mançester Yunayted” (745,8), “Bavariya” (744), “Liverpul” (682,9), London “Tottenhem” (631,5), “Çelsi” (589,4) və “Arsenal” (532,6) daxildir.
KARUSEL / İDMAN
Tarix: 25-01-2024, 09:25