mobil versiya

Xankəndidə daha 40-a yaxın yeni iş yerinin açılması nəzərdə tutulub


Fevral ayının sonuna kimi Xankəndidə daha 40-a yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.
Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib.
Xidmət rəisi qeyd edib ki, Xankəndində2 yanacaq doldurma məntəqəsi - 1 mobil-operator, 1 market, 1 yükdaşıma xidməti, 1 bərbər salonu, 1 aptekin bərpa edilməsi nəzərdə tutulub.
"Bu sırf həyat təminedici sahələrlə bağlı olandır. İkinci istiqamət ərazidə olan tikinti materiallarının istehsalı ve emalı müəssisələri, müxtəlif çayxanaların fəaliyyətinin bərpa edilməsi yolu ilə regionda aparılan tikinti quruculuq və bərpa işlərinin sürətləndirilməsinə, xammalla təminatına və işlərin maya dəyərinin aşağı salınmasına nail olmaq və dövlət büdcəsinə qənaət edilməsi məqsədini daşıyır. Hazırda 2 beton istehsalı və 3 mərmər-daş qranit sexləri operatorlar seçilmişdir. Onlarla müqavilələrin bağlanması həyata keçirilir. Mart ayının sonunadək bu müəssisələrin fəaliyyətinin bərpası və 50-dən çox iş yerinin yaradılması nəzərdə tutulub", - o deyib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 30-01-2024, 13:24