Laçın kəndlərinə marşrutlar fəaliyyətə başlayacaq

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb. Yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.
Müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır.
KARUSEL / ÖLKƏ
Tarix: 1-02-2024, 10:31