mobil versiya

"Braqa" 2:1 hesab ilə"Farense"yə qalib gəlib



"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında 22-ci tur oyununa çıxıb.
Komanda evdə "Farense" ilə qarşılaşıb.
Matç "Braqa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "Braqa" 43 xalla 4-cüdür. Artur Jorjenin komandası lider "Benfika"dan 12 xal geri qalır.
Qeyd edək ki, "Braqa" növbəti oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək. Fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab görüşü saat 21:45-də başlayacaq. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Braqa" - "Farense" - 2:1
Qollar: Banza, 62, Ndour, 85 - Belloumi, 74.

KARUSEL / İDMAN
Tarix: 19-02-2024, 10:28