mobil versiya

“Məlikməmməd” tamaşası yenidən nümayiş olunacaq



Fevralın 24-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Məlikməmməd” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Birhissəli uşaq tamaşasının quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı isə İqbal Əliyevdir.
Rejissor bu klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz ilə əlaqələndirib və ona əlavələr edərək, fərqli prizmadan baxmağa çalışıb.
Azərbaycan xalq nağılı əsasında hazırlanan səhnə əsərinin əsas məqsədi uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Nağılda padşahın üç oğlundan biri olan Məlikməmməd divlər ilə mübarizədə igidlik göstərərək həm onların əsir götürdükləri insanları, həm də bu sayədə məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyi ilə işıqlı dünyaya çıxır.
Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da, səhnə əsərinin quruluşçu əməkdaşları müasir uşaqlar üçün maraqlı olan elementləri də daxil etməyə çalışıblar.
 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 21-02-2024, 13:34