Husilər Avropanı Asiya ilə birləşdirən sualtı internet kabellərini sıradan çıxarıb
Husilər (Yəmənin “Ənsar Allah” hərəkatı) Qırmızı dənizdə dörd sualtı kabeli zədələyərək Avropa və Asiya arasında internet rabitəsində ciddi fasilələrə səbəb olub.
Bu barədə “Globes” öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, söhbət “AAE-1”, “Seacom”, EIG və TGN-dən olan kabellərdən gedir. Körfəz ölkələri və Hindistandakı istifadəçilər xüsusilə zərər çəkiblər. Bununla belə, Asiya, Afrika və Avropanı birləşdirən digər kabellər eyni bölgədən keçdiyi üçün vəziyyət kritik hesab olunmur.
Zədələnmiş kabellərin təmirinin ən azı səkkiz həftə çəkə biləcəyini təxmin edir. Hazırda telekommunikasiya şirkətləri təmirə razılıq verən şirkətləri axtarmağa məcbur qalıb, ehtimal ki, risklərə görə yüksək mükafat ödənəcək.
Qeyd edilir ki, EIG (European India Gateway) kabeli Cənubi Avropanı Misir, Səudiyyə Ərəbistanı, Cibuti, BƏƏ və Hindistanla birləşdirir. EIG səhmləri “AT&T”, “Saudi Telecom”, “Verizon” və Hindistanın “Bharat Sanchar” şirkətlərinin daxil olduğu konsorsiuma məxsusdur.
“TGN Atlantic” 2001-ci ildə “Tyco International” tərəfindən qoyulub və 2005-ci ildə Hindistanın “Tata Communications” şirkətinə 130 milyon dollara satılıb.
“AAE-1” Şərqi Asiyanı Misir vasitəsilə Avropa ilə birləşdirir.
“Seacom” kabeli Avropa, Afrika və Hindistanı, eləcə də Cənubi Afrikanı birləşdirir.(oxu.az)
KARUSEL / DÜNYA
Tarix: 27-02-2024, 16:07