mobil versiya

“Qarabağ”ın oyununa görə metronun iş rejimində dəyişiklik olacaq



UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniya “Bayer”ini qəbul edəcək "Qarabağ"ın ev oyunu ilə əlaqədar "Bakı Metropoliteni"nin iş rejimində dəyişiklik edilib.
Buna klubun müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması səbəb olub.
Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Bayer” oyunu martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 5-03-2024, 16:15