Asiya İnkişaf Bankı ali təhsil müəssisələri üçün Seul şəhərinə startap ekosistemi üzrə tədris səfəri təşkil edib

"Təlim və Koreya nümunəsi: Universitetlər zəngin startap ekosistemlərinin qurucusu kimi" adlı tədbirdə Azərbaycandan Vətəndaşlara Xidmət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin nümayəndələri iştirak edib.
4 günlük tədbir çərçivəsində iştirakçılar Koreyanın startap mərkəzlərinə səfər edib, AİB İnstitutu, habelə Koreyanın ali təhsil müəssisələri və bilik mərkəzlərindən olan ekspertləri uğurlu startap ekosisteminin müxtəlif aspektlərini müzakirə edib və öz təcrübələrini bölüşüblər.

Tədris səfəri AİB və Vətəndaşlara Xidmət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi çərçivəsində təşkil olunub. Layihə Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondu tərəfindən maliyyələşdirilir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-03-2024, 17:28