Startapfest Gəncə müsabiqəsində iştirak edən 100-dən çox gənclər üçün təlimlərə yekun vurulub
Startapfest Gəncə müsabiqəsində iştirak edən 100-dən çox gənclər üçün təlimlərə yekun vurulub.
15 komandadan ibarət gənclərin qoşulduğu təlimlərdə texnoloji startap sahəsində peşəkar təcrübəyə malik ekspertlər tərəfindən müştəri problemlərinin aydınlaşdırılması, bazarda perspektiv vəd edən boşluqların müəyyənləşdirilməsi, hədəf auditoriyasının təyin olunması, bazarın araşdırılması, satışın planlaşdırılması, rəqəmsal marketinqin təşkil olunması, o cümlədən iş modelinin qurulması və uğurlu texnoloji startap təsis etmək üçün tələb olunan digər məsələlərə dair ətraflı məlumat verib.
Gənclər 3 həftə davam edən təlim, seminar və təqdimatlar vasitəsilə yiyələndikləri bilik və bacarıqları müsabiqənin final mərhələsi üçün təqdim etdikləri yekun layihələrində də müvəffəqiyyətlə tətbiq ediblər.
StartupFest Gəncə proqramı AİB və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində baş tutur və Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edir.
Proqramın məqsədi bu regionda #yaşılenerji, #kəndtəsərrüfatı, #təhsil, dövlət sektorunda #innovasiyalar istiqamətində startapların formalaşmasına təkan verməkdir.
StartupFestGəncə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur.
Texniki Yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-04-2023, 13:33