mobil versiya

Şəxsi avtomobillərin 28 May metrosunun qarşısına daxil olmasına qadağa qoyulur



Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan 28 May metrosunun qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: “Bu sabah ictimaiyyətə açıqlanacaq”.
Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq(apa).

KARUSEL / CƏMİYYƏT
Tarix: 11-03-2024, 11:04